Milli Məclis Ermənistana təzyiq etməyə çağırdı

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları və beynəlxalq parlament assambleyalarındakı nümayəndə heyətləri xarici dövlətlərin parlamentlərinə və parlament assambleyalarına məktublar ünvanlayıblar.
Bu barədə Avtosfer.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Məlum olduğu kimi, Ermənistan irqi ayrı-seçkilik və radikal millətçilik ideologiyası əsasında Azərbaycan xalqına və dövlətinə qarşı genişmiqyaslı hüquq pozuntuları törətmişdir. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də etdiyi çıxışın bu günlərdə ortaya çıxmış videoyazısı bunu bir daha göstərir. Levon Ter-Petrosyanın prezident qismində səsləndirdiyi və onun özünün hakimiyyəti dövründə baş vermiş işğal və etnik təmizləməni dövlət siyasəti kimi təqdim edən bu çıxış, sözügedən cinayətlərə görə Ermənistanın dövlət kimi məsuliyyətini və bu cinayətlərin sistematik və mütəşəkkil şəkildə törədilmiş olmasını birmənalı şəkildə sübut edir”, - Azərbaycan parlamentariləri bildirib.
Məktublarda bütün bunları və eləcə də Ermənistanın irqi ayrı-seçkilik və sülhə zidd siyasətinin davam etməsini nəzərə alaraq, xarici dövlətlərin parlamentlərinə və beynəlxalq parlament assambleyalarına Ermənistanı irqçi siyasətdən, revanşizm və militarizm yolundan çəkindirmək və onun Qərbi azərbaycanlıların qayıdışına şərait yaratması üçün bu dövlətə təzyiq etməyə çağırış ifadə olunur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












