TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı

Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzindəki (TTM) mənimsəmə cinayəti ilə bağlı məhkəmə prosesi başlayıb.
Avtosfer.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində ilk iclas keçirilib.
Bu iş üzrə 7 nəfər - "Salyanski kazarma" kimi tanınan TTM-in sabiq rəisi polkovnik Sarı Xəlilov, onun köməkçisi olmuş gizir Bəxtiyar Bəhrəmzadə, TTM-in maliyyə xidmətinin rəisi olmuş polkovnik-leytenant Rəşad Məlikzadə və müxtəlif vəzifələrdə işləmiş İbadulla Əliyev, Hacıağa Həmidov, Əfqan Yunusov, Ayaz Adamov mühakimə edilir. Onlardan yalnız R.Məlikzadə və İ.Əliyev həbsdədirlər.
Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr olub.
Azərbaycan Hərbi Prokurorluğunda aparılmış ibtidai istintaqla iş üzrə dəymiş ziyanın 207 min manat olduğu müəyyən edilib.
Əsas hakim Zeynal Ağayevin qərarı ilə cinayət işi məhkəmə baxışına verilib.
Nəzərə çatdıraq ki, prosesin yekununda bu şəxslər ittiham olunduqları mütəşəkkil dəstə halında mənimsəmə maddəsi ilə təqsirli bilinsələr və ziyan ödənilməsə, keçmiş hərbçiləri 10 ilə kimi həbs cəzası gözləyir.
Baxış iclası noyabrın 13-nə təyin edilib.
Qeyd edək ki, TTM-in sabiq rəisi polkovnik Sarı Xəlilovun müdafiə nazirinin sabiq müavini general-leytenant Nizam Osmanovla yaxın dost olduqları bildirilir. Xəlilov elə Osmanov işdən çıxarılan vaxt təqaüdə göndərilmişdi.
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu
Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
Şəhid general-mayor Məhəmməd Əsədov – O, erməni naziri necə çaşdırmışdı? - VİDEO
Əli Həsənovun qızı biznesini satmaqdan imtina etdi
"Şəki Yaylası"nda faciəyə görə həbs edilənlər var












