Banner

Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi

Xəbərlər 4 Noyabr 2026 22:49
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
WhatsApp kanalımıza abunə olun

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb.

Avtosfer.az Medianews.az-a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib.

O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:

"Anamın səhhətində yaranan problemlər o həddə çatdı ki, onu xəstəxanaya çatdırmağa məcbur olduq. Şəkər, böyrək və ürək çatışmazlığı, eləcə də digər daxili orqanları ilə bağlı ciddi problemlər yaranıb. Hazırda Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada müalicə alır. Səhhətində müəyyən irəliləyiş var".

Oxunub : 280
ŞƏRH YAZ
Ad

E-mail

Şərh