"MilliÖN" aparatını söküb 2000 manat apardılar
Xəbərlər
24 Mart 2021 13:20
Oxunub 686
Lənkəranda “Milliön" ödəmə terminalından oğurluq olub.
Hadisə Lənkəran rayonunun Hirkan qəsəbəsində baş verib.
Qəsəbə ərazisində fəaliyyət göstərən "Həsən market"ə arxa hissədən daxil olan naməlum şəxs və ya şəxslər mağazadan oğurluq ediblər. Oğrular eyni zamanda ödəmə terminalının kassa hissəsini də sökərək 2 000 manatı oğurlayıblar. Bundan başqa, ödəmə terminalına 300 manat məbləğində zərər vurulub.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR