Min manat cəriməsi olan sürücüdən yol polisinə qarşı ŞOK İTTİHAM - VİDEO

Cərimə meydançasında saxlanılan avtomobilin ehtiyat hissələri sökülüb. Bərdədə məskunlaşan Kəlbəcər rayon sakini Əvəz Həşimov ötən ilin dekabr ayında idarə etdiyi minik avtomobili ilə birlikdə yol polisi əməkdaşları tərəfindən saxlanılıb və ödənməmiş cəriməsinə görə üzərində həbs olduğu üçün maşın cərimə meydançasına yerləşdirilib. Əvəz Həşimov iddia edir ki, həmin vaxt avtomobildə noutbuk və xeyli pul olub. 2 gün sonra cərimə meydançasına gəldikdə isə nə pulu, nə də noutbuku maşında tapıb.
Əvəz Həşimovun sözlərinə görə, səhhətində yaranan problemlərlə əlaqədar olaraq bu müddət ərzində paytaxtdakı xəstəxanalardan birində müalicə alıb. Avtomobil təxminən 11 ay cərimə meydançasında qaldıqdan sonra o cəriməsini ödəyərək avtomobilini götürmək istəyib. Məlum olub ki, avtomobilin ehtiyat hissələri sökülüb. İndi Əvəz Həşimov ona dəymiş ziyanın ödənilməsini tələb edir. O, bildirir ki, bununla bağlı adiyyəti qurumlara rəsmi şəkildə müraciət də edib.
Məsələ ilə bağlı Bərdə rayon Dövlət Yol Polisi Bölməsindən bildirildi ki, sürücünün iddialarının heç də hamısı doğru deyil. Belə ki, o, saxlanılarkən həm də içkili vəziyyətdə olub. Ödənilməmiş 116 manat cəriməsindən əlavə, ona 800 manat cərimə yazılıb. Bunlar onun imzaladığı protokolda da əksini tapıb. Üstəlik, pratakolda avtomobildə olan əşyalar siyahısında pul, notbuk və maqnitafonun olması götərilməyib. Sürücü bunu da imzası ilə təsdiq edib. O ki qaldı avtomobilin ehtiyyat hissələrinin sökülməsinə, bununla bağlı Əvəz Həşimovun müraciəti əsasında rayon Polis Şöbəsində araşdırma aparılır.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










