Mingəçevir, Qax və Lənkəranda “Yollar, qaydalar və biz!” adlı tədbir keçirilib - FOTO

“Azərbaycan Respublikası yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq «1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi» publik hüquqi şəxsi uşaqlar arasında yol-nəqliyyat hadisələrinin sayını azaltmaq məqsədilə müxtəlif layihələr həyata keçirib.
Respublikanın 52 rayonunun uşaq-gənclər inkişaf mərkəzlərindən 117 müəllimin iştirak etdiyi təlim-seminarlar təşkil edilib. Müsbət nəticə olaraq təlim seminarlarda iştirak etmiş respublikanın Sumqayıt, Mingəçevir, Lənkəran, Masallı, Qazax, Kürdəmir, Tərtər, Hacıqabul, Göyçay, Ağdaş, Qusar, Qax, Zərdab, Xızı, Balakən, Şirvan, Quba, Salyan və Goranboy uşaq-gənclər inkişaf mərkəzlərində “Yol hərəkəti qaydaları” adlı dərnəklər fəaliyyətə başlayıb.
Mərkəz tərəfindən regionlarda yeni yaradılmış bu dərnəklərin effektiv fəaliyyət göstərməsi üçün mütəmadi olaraq nəzəri və praktiki köməklik göstərilir.
Mərkəzin fəaliyyətini genişləndirmək məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin razılığı və Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə “1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəz” publik hüquqi şəxsi tərəfindən Mingəçevir, Qax və Lənkəran şəhərlərində uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri üçün “Yollar, qaydalar və biz!” adlı tədbir keçirilib.
Bu tədbir reqionlarda təşkil olunan “Yol hərəkəti qaydaları” dərnəklərinin iş keyfiyyətini yüksəltmək, təcrübə mübadiləsi aparmaq, Mərkəzlər arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyıb.
Dərnək üzvləri Dövlət Yol Polisinin əməkdaşları ilə birgə “Yol Qəzasız Bir Gün Təsəvvür et!” adlı aksiya keçirib. Hərəkətin intensiv olduğu yerlərdə yol-hərəkət iştirakçıları arasında sorğu keçirilib,onların yol təhlükəsizliyi ilə bağlı fikirləri öyrənilib.
Əlavə olaraq yarışlar keçirildi və uşaqlarla maarifləndirici söhbətlər aparılıb.
Ümumilikdə bu tədbirlərdə 500 nəfərə yaxın uşaq iştirak edib.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
















