Mingəçevir sakinlərinin NƏZƏRİNƏ: İyunun 3-ü bəzi ərazilərdə qaz olmayacaq

İyunun 3-də Mingəçevir şəhərinin bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Avtosfer.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Qaz təchizatında yaranacaq fasilənin səbəbi Tərtər Regional Qaz İstismarı İdarəsinin Mingəçevir xidmət sahəsi üzrə qazpaylayıcı stansiyasından (QPS) çıxan "Kür" çayının sol sahil və sağ sahil adlanan hissəsini təbii qazla təchiz edən, PE 315 mm-lik orta təzyiqli daşıyıcı qaz kəmərindən "Asan xidmət" mərkəzinə ayrılan qaz xəttində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş yeraltı qaz sızması aradan qaldırılmasıdır.
Qeyd olunub ki, sözügedən işlər ilə əlaqədar qaz təchizatının QPS-nın çıxışındakı kollektordan RDQ-dən (şəhərin sol sahil hissəsində Z.Tağıyev, Samux, Puşkin, C.Məmmədquluzadə, M.Ə.Rəsulzadə, Ş.İ.Xətai, M.Əzizbəyov, Ərəş, M.P.Vaqif, M.V.Vidadi, H.Aslanov, Xocalı, S.Mehmandarov, M.A.Topçubaşov, 20 yanvar, K.Hüseynov, D.Əliyeva, İ.Qayıbov, H.Əliyev, Q.Nəbi, S.Vurğun, M.Ə.Sabir, X.Əliyev, R.Rza, M.Şəhriyar, R.Məmmədov, M.Bəkirov, M.Maqomayev, V.Abdullayev, A.Məmmədov, N.Nərimanov, İslamzadə, A.Qurbani, Bulvarnaya, Tixaya, Sosnovaya, M.Füzuli, V.Hüseynov, Ü.Hacıbəyov, N.Rəfibəyli, İ.Nəsimi, Ə.Allahverdiyev, M.Rəhimov, Sahil, Ə.Vahid, M.Əliyev, M.F.Axundov, Bağ evi, İstixana, N.Vəzirov, Asfaltzavod, H.Hüseynov, Qaz döngəsi, Qazanxana, Günəş, X.Şuşinski, Energetik, M.Fərruxov, Şəfəq, M.Abdullayev, Kür, Gəncə şosesi, Günəşli, Bağ, Paralel, Şəfa, Mərkəzi, Aran və şəhərin sağ sahil hissəsində Təbriz, Z.Həsənova, Babək, A.Ələsgər, Y.Muradov, M.S.Ordubadi, Koroğlu, M.Müşviq, M.Hüseyn, N.Vəzirov, Niyazi küçələrində qaz təchizatının dayandırılması planlaşdırılır.
Bildirilib ki, ümumilikdə şəhərin 26 270 abonentinin qazla təchiz olunması iyunun 3-də saat 09:30-dan işlər yekunlaşanadək dayandırılacaq.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












