Mingəçevirdə mənzillərdən 55 min manatlıq oğurluq edilib - FOTO - VİDEO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 2020-ci ildən etibarən şəhər ərazisindəki mənzillərdən silsilə oğurluqlar edən, əvvəllər də analoji cinayət əməlinə görə bir neçə dəfə məhkumluq həyatı yaşayan Asiman Allahverdiyev tutularaq istintaqa təqdim olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxsin ümumilikdə 13 mənzildən 19 min manata yaxın pul və 36 min manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.
O, istintaqa verdiyi ifadəsində oğurladığı qızıl-zinət əşyalarını Bakı və Gəncə şəhərlərində satdığını, əldə etdiyi pulu isə onlayn mərc oyunlarına xərclədiyini bildirib. Asiman Allahverdiyevin cinayət yolu ilə əldə etdiyi qızıllardan bir neçəsi polis əməkdaşları tərəfindən satdığı yerlərdən maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. A.Allahverdiyevin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edə bilərlər.
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq
Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT










