"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıdı - FOTO - VİDEO

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Misli" brendinin dəstəyi, "Consensus" İntellektual Mərkəzin təşkilatçılığı ilə keçirilən Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü uğurla yekunlaşıb.
Fevral ayında start götürən liqa 10 ay ərzində yüksək rəqabət və intellektual mübarizə ilə yadda qalan turnirlərə ev sahibliyi edib. Mövsüm ərzində ümumilikdə 22 turnir keçirilib və 20-dən artıq müəllifin hazırladığı suallar iştirakçılara təqdim olunub.
Maraqlı və gərgin keçən mövsümün yekununda Peşəkar İntellekt Liqasının qalibi "Interpretes United" komandası olub. "Old School" komandası ikinci, "Kranium" komandası üçüncü yerə layiq görülüb.
Peşəkar İntellekt Liqası çərçivəsində final oyununda "Qış Kuboku" üzrə də yarışlar təşkil olunub. Turnirdə birinci yerin qalibi "Boy"s Division" komandası olub. İkinci və üçüncü yerləri isə "V" və "CMYK" komandaları tutub.
Qalib və mükafatçılar kubok, medal, diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, Peşəkar İntellekt Liqası artıq üç ildir ki, "Misli"nin dəstəyilə həyata keçirilir. Layihənin əsas məqsədi ana dilli intellektual hərəkatın inkişafına dəstək vermək, gənclərin asudə vaxtını səmərəli təşkil etmək və gələcəkdə intellektual potensiallı kadrların yetişdirilməsinə töhfə verməkdən ibarətdir.
"Misli" gələcəkdə də ölkədə intellektual layihələrin inkişafına və bu istiqamətdə yeni təşəbbüslərin reallaşmasına dəstək göstərməyə davam edəcək.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA












