Mixael Şumaxer 11 ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı

"Formula 1"in əfsanəvi pilotu Mixael Şumaxer uzun illərdən sonra ilk dəfə qızının toyunda iştirak edərək ictimaiyyət qarşısına çıxıb.
Avtosfer.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror” yazıb.
Ötən şənbə günü 27 yaşlı Gina-Mariya Şumaxer kurort adası Mayorkada (İspaniya) toy edib. Şayiələrə görə, mərasimdə 11 ildir ictimaiyyət qarşısına çıxmayan Mixael Şumaxer də iştirak edib.
2013-cü ildə əfsanəvi pilot Alp dağlarında xizək sürərkən ağır kəllə-beyin travması almışdı. Mixael sağ qalsa da, uzun müddət komada qalıb. 2014-cü ilin sentyabr ayında o, İsveçrənin Cenevrə gölündəki ailə evinə köçürülüb, burada ona ailəsi və həkim qrupu tərəfindən qulluq edilir.
Bütün bu müddət ərzində yeddiqat dünya çempionunun sadiq həyat yoldaşı Karolina ərini medianın həddindən artıq diqqətindən şiddətlə qoruyub. Yalnız seçilmiş bir neçə etibarlı dost və qohumun ona baş çəkməsinə icazə verilib. Şumaxer ailəsində və ondan kənarda yalnız bir neçə nəfər onun vəziyyəti və problemlərinin təfərrüatlarını bilir. Sürücünün vəziyyəti ilə bağlı demək olar ki, heç nə məlum deyil.
"Amma Mixaelin qızının toyunda olması ailənin münasibətinin dəyişməsindən xəbər verə bilər. O, əvvəllər də ailə evindən təyyarə ilə Mayorkadakı villaya aparılsa da, bu dəfə toy mərasimində bütün digər qonaqların qarşısına çıxması fərqli idi", deyə "The Mirror" qeyd edir.
Bununla belə, ailə qonaqlardan mobil telefonlarını qapının ağzında qoymağı xahiş edib ki, heç kim 55 yaşlı piloton şəklini çəkməsin.
Nəşr əlavə edir ki, qızının toyu "Formula 1" üzrə yeddiqat dünya çempionunun görünə biləcəyi sonuncu ailə tədbiri deyil. Əfsanəvi yarış sürücüsünün oğlu 25 yaşlı Mik Şumaxer çox güman ki, yaxın vaxtlarda ailə qurmağı planlaşdırır. Onlar artıq buna sevgilisi ilə sosial şəbəkələrdə eyham vurublar.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












