MN və Daxili Qoşunların şəxsi heyəti Şuşada təntənəli yürüş keçirib - FOTO

Şuşa şəhərində Vətən müharibəsinin ildönümü münasibətilə anım tədbiri keçirilib.
Müdafiə Nazirliyindən (MN) Avtosfer.az-a verilən məlumata görə, Vətən müharibəsinin ildönümü ilə bağlı Şuşa şəhərində anım tədbiri keçirilib.
Anım Günü ilə əlaqədar keçirilən tədbirdə torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin xatirəsinə yaylım atəşi açılıb, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət himni ifa olunub.
Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi şərəfli döyüş yolundan, Zəfərin qazanılmasında hərbçilərimizin göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.
Mərasimin sonunda Müdafiə Nazirliyinin və Daxili Qoşunların şəxsi heyəti Şuşa şəhərinin mərkəzi küçələrində təntənəli yürüş keçirib.
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!


















