Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir

Monteneqro hakimiyyəti Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq edib. Qərar qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə qəbul olunub.
Avtosfer.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən Modern-ə verilən məlumata görə, uzun müddət idi ki, Monteneqro birtərəfli qaydada həmin ölkəyə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejimini tətbiq edirdi.
“Hazırda Monteneqro hökumətinin qərarına əsasən 2026-cı ilin 15 yanvar tarixindən etibarən Monteneqroya səfər etmək istəyən Azərbaycan vətəndaşlarına münasibətdə viza rejimi tətbiq olunacaq.
Viza rejimi barədə bu qərar Monteneqro Hökumətinin Avropa İttifaqına üzvlük prosesi ilə əlaqədar üzərinə götürdüyü öhdəliklər çərçivəsində qəbul edilib.
Ölkəmizin vətəndaşlarına münasibətdə viza rejiminin yeni qaydaları və şərtlərinin nədən ibarət olacağı barədə müvafiq sorğumuz qarşı tərəfə ünvanlanıb.
Məsələ ilə bağlı müvafiq qaydada əlavə məlumat veriləcək”.
Qeyd edək ki, hazırda Azərbaycan vətəndaşları 90 gün ərzində Monteneqroda vizasız olaraq qala bilirlər.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA












