Moskvadan Paşinyanın iddialarına cavab: “Bakıdan sülh sazişinə hazırlığın vacibliyi barədə eşitmişik”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi Bakının guya “Qərbi Azərbaycan konsepsiyasını həyata keçirməsi” ilə bağlı bəyanatını şərh etmək istəməyib.
O, Azərbaycan tərəfinin dövlət səviyyəsində belə bəyanatlarının şahidi olmadığını deyib.
“Biz ölkə rəhbərliyindən, Azərbaycan rəhbərliyindən fərqli bəyanatlar - bir mərhələnin başa çatması və sülh müqaviləsi bağlamağa hazır olmaq zərurəti haqqında eşitmişik. Bu səbəbdən Paşinyanın bəyanatının bu hissəsi ilə bağlı konkret heç nə deyə bilmərəm”, - deyə Peskov bildirib.
Qeyd edək ki, Nikol Paşinyan bəyan edib ki, guya Azərbaycanın addımları Ermənistana qarşı yeni döyüşlərə hazırlaşdığını göstərir. Onun sözlərinə görə, Azərbaycanda guya rəsmi səviyyədə Ermənistan Respublikasını Qərbi Azərbaycan adlandırmağa başlayıblar.
oxu.az
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












