Mövlam Şixəliyevə qarşı daha bir iddia - Sabiq generaldan maddi ziyan tələbləri artır

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi, sabiq general-mayor Mövlam Şixəliyevin cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Qulam Bağırov məhkəməyə müraciət edib.
Avtosfer.az xəbər verir ki, o, Xəzər Rayon Məhkəməsində qaldırdığı iddiada Mövlam Şixəliyevdən ona dəymiş zərərin ödənilməsini tələb edir.
İş hakim Əkrəm Qəhrəmaovun icraatındadır. Məhkəmə iclasının vaxtı hələ ki, müəyyən edilməyib.
Qulam Bağırovdan əvvəl başqa bir zərərçəkən Orxan Abdullayev Mövlam Şixəliyevi eyni tələblə məhkəməyə vermişdi.
Mövlam Şixəliyev 2015-ci ildə "MTN işi" çərçivəsində həbs edilib. Ona Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə ittiham irəli sürülüb.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
2023-cü il 24 iyul tarixində M.Şixəliyev "general-mayor" rütbəsindən məhrum edilib.
(qaynarinfo)
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












