Mövsümün sonuncu kütləvi təmizlik aksiyasından - FOTO

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində “Xəzəri qoruyaq” devizi altında mövsümün sonuncu kütləvi təmizlik aksiyası Xəzərin Novxanı sahilində keçirilib.
Avtosfer.az xəbər verir ki, bu dəfə “Xəzər həftəsi” ərəfəsində təşkil olunan maarifləndirici aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, dövlət və özəl qurumların təmsilçiləri, könüllü gənclər təşkilatlarının üzvləri, həmçinin tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.
Aksiya zamanı dəniz sahilindən 3 ton tullantı təmizlənərək daşınıb.
Qeyd edək ki, “Təmiz ölkəm” devizi altında davam edən Ümumrespublika Təmizlik Marafonuna may ayından start verilib, təmizlik aksiyaları hər həftənin 4 və 6-cı günləri ölkənin çay vadilərini, meşə ərazilərini və dəniz sahillərini əhatə edib.
Məqsəd vətəndaşları ətrafa tullantı atmamağa sövq etmək, ərazilərin təmizliyinə hər bir kəsin məsul olması öhdəliyini çatdırmaq, o cümlədən Xəzər sahilini təmiz saxlamağa təşviq edərək belə maarifləndirici aksiyalara daha geniş kütlənin cəlb olunması təbliğatını genişləndirməkdir.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?



















