MSK-ya 14 müraciət daxil olub, altısı təmin edilib

Parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) 14 müraciət daxil olub.
Avtosfer.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, müraciətlərdən altısı təmin edilib:
"Şikayət və müraciətlərə baxılmasında şəffaflığın təmin olunması üçün bütün məlumatlar MSK-nın internet səhifəsində yerləşdirilir. İstənilən şəxs MSK-nın internet səhifəsinə daxil olaraq müraciətlərlə bağlı ətraflı məlumat əldə edə bilər".
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












