Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO

Milyonlarla manat mənimsəmə ittihamı ilə məhkum edilmiş sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun və İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin müsadirə edilmiş əmlakları satışa çıxarılır.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, əmlakların ümumi qiyməti 650 min manat təşkil edir.
Səlim Müslümova məxsus:
- Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində mənzil–qiyməti 350 min manat;
- Eyni prospektdə başqa mənzil–qiyməti 140 min manat.
Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyevin adına rəsmiləşdirilmiş 4 minik avtomobili:
- “Bentley Continental GT” – 65 min manat;
- “Range Rover” – 56 min manat;
- “BMW 740i” – 23 min manat;
- “BMW X5” – 16 min manat.

56 min manat qiymət qoyulan “Range Rover”i Məhəmməd Hacıyev sürürdü. Həmin vaxt avtomobilin qiyməti 100 min manatdan artıq idi.
Qeyd edək ki, həm Səlim Müslümov, həm də Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdilər. Dövlətə dəymiş ziyanı tam ödədiyindən Müslümova 11 il şərti, Hacıyevə isə 8 il 6 ay real həbs cəzası verilib. Yuxarıdakılardan əlavə, hər iki məhkumun bir neçə əmlakı da dövlətə dəymiş ziyanın əvəzi olaraq müsadirə olunub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












