“N” hərbi hissəsində Silah təmiri sexi fəaliyyətə başlayıb - VİDEO - FOTO

Müdafiə nazirinin müvafiq əmrinə əsasən “Bakı Qaz Tikinti Detal” zavodunun bazasında yaradılan “N” hərbi hissəsi Azərbaycan Ordusunda mövcud tank və zirehli avtomobil texnikasının, raket-artilleriya silahlarının müharibə və sülh şəraitində əsaslı təmiri üzrə ixtisaslaşdırılıb.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, təmir zamanı texnoloji ardıcıllığa riayət olunur, texnikanın mühərrikinə, hərəkət hissəsinə, rabitə avadanlıqlarına və silahlarına tələb olunan qaydada zəmanət verilir.
“N” hərbi hissəsinin tərkibində fəaliyyət göstərən və yeni istifadəyə verilən Silah təmiri sexində əsasən raket-artilleriya silahlarının, onların avadanlıqlarının, geri təpmə qurğusunun və digər hissələrinin təmiri təmir texnologiyasına uyğun həyata keçirilir.
Sexdə təmir olunan bütün silahlar təmirdən sonra poliqon sınaqlarında atışla yoxlanılır.
Qeyd edək ki, yeni təmir sexi istifadəyə verilən hərbi hissə 1992-ci ildən fəaliyyət göstərir.





Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir











