Anar Eyvazov: “Mifləşdirilmiş “Ohanyan səddi”nin keçdiyi yol minalardan təmizlənir”

“Ermənistanın mifləşdirdiyi “Ohanyan səddi”nin keçdiyi Tərtər-Ağdərə yolu minalardan təmizlənir”.
Bu barədə “Report”a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.
Onun sözlərinə görə, Tərtər-Ağdərə yolu antiterror tədbirlərindən sonra azad edilən yaşayış məntəqələri istiqamətində olan yoldur:
“30 illik işğal müddətində bu yolda döyüş mövqeləri yerləşdirilib. Ermənistanın mifləşdirdiyi “Ohanyan səddi” bu yolun üzərindən keçirdi. Səddə tikanlı məftillər və tank əleyhinə kirpilər yerləşdirilib. Bu ərazilərdə kifayət qədər qarışıq minalar var. Həmçinin, işğal dövründə separatçıların döyüş mövqeləri də burada yerləşib”.
A.Eyvazov bildirib ki, mövqelər separatçılardan təmizləndikdən sonra kommunikasiya xətləri istifadəyə verilib:
“Hazırda yol minalardan təmizlənib, nəqliyyatın hərəkəti üçün istifadəyə verilib, lakin ərazi minadan tam təmizlənməyib. Bu ərazilərdə tank əleyhinə kirpilər və kənardan idarə olunan minalar da yerləşdirilib”.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












