"Narkomaniya cəmiyyətin qəddar düşmənidir" – FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə İsmətli kənd tam orta məktəbində "Narkomaniya cəmiyyətin qəddar düşmənidir" mövzusunda maarifləndirici görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, çıxış edən Biləsuvar RPŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Pərviz Məmmədov bildirib ki, narkomaniya, narkotik tərkibli maddələrin istehsalı və onlardan istifadə bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli problemlərdən biri olmaqda davam edir. Narkomaniyanın fəsadları, miqyası artdıqca onunla mübarizə daha da aktuallaşır. Bu baxımdan polis əməkdaşları hazırki dövrdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli əməliyyat tədbirləri həyata keçirməklə yanaşı maarifləndirmə işlərini də təşkil edir, yeniyetmə və gənclərin bu bəlaya qarşı daha çox məlumatlı olmasına çalışırlar.
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB













