Narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Göygöldə narkotik vasitə saxlamaqda və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən xəbərə görə, Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Oruc Məmmədov, Eşqin Məmmədov, İftixar Süleymanov, Ramiz Həsənov və Şahin Əliyev saxlanılıb.
Polis Şöbəsində şübhəli şəxslərin üzərinə baxış keçirilən zaman müxtəlif çəkilərdə narkotik maddə olan heroin, metamfetamin və digər psixotrop maddələr aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslərdən Ş. Əliyevin ətrafında aparılan istintaq-əməliyyat təbirləri nəticəsində onun törətdiyi digər cinayətlər də müəyyən edilib. Belə ki, Ş. Əliyev aprel ayının 18-də “Aztelekom” MMC-yə məxsus naqili oğurladıqdan sonra tanışı Namiq Əliyev ilə qabaqcadan əlbir olaraq rayon ərazisindəki ümumi dəyəri 3744 manat olan artezian quyusunun elektrik naqillərini oğurlayıb.
Qeyd edilən faktlar üzrə Göygöl RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır










