Naxçıvan Universitetinin ləğvi rəsmiləşdi, tələbələr köçürüldü - YENİLƏNİB

Naxçıvan Universitetinə bu il tələbə qəbulu aparılmayıb.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan Universiteti rəsmi şəkildə ləğv edilib. Ləğv edilmə ilə bağlı müraciət fevral ayında təsdiq olunub.
Məlumatda qeyd edilib ki, tələbələrin böyük hissəsi Naxçıvan Dövlət Universitetinə, Naxçıvan Dövlət Universitetindəki ixtisaslar ilə ixtisası uyğunlaşmayan tələbələr isə aidiyyəti yerlərə köçürülüb.
***
"Naxçıvan" Universiteti MMC (VÖEN - 0200122341) ləğv olunduğunu elan edib.
Avtosfer.az xəbər verir ki, ləğvetmə elanında kreditorların iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Babək məhəlləsi ünvanına bildirmələri istənilir.
Qeyd edək ki, "Naxçıvan" Universiteti MMC 2 iyul 1999-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 500 manat olan universitetin qanuni təmsilçisi Anar Altay oğlu Kazımovdur.
Məlumat üçün onu da bildirək ki, "Naxçıvan" Universitetinin təsisçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov olub. Ötən ilin əvvəlində "Naxçıvan" Universitetinin təsisçisi dəyişib və universitetə yeni rektor təyin olunub.
(Yeniavaz.com)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












