"Naxçıvana gedən yolu təmin etməyə hazırıq" - İrəvandan rəsmi AÇIQLAMA

"Biz regional kommunikasiyaların açılmasından danışanda Azərbaycanın reaksiyası belə oldu ki, Ermənistan bunu istəmir və biz bu layihələri İran ərazisindən keçirəcəyik".
Avtosfer.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Dünya Erməni Sammiti çərçivəsində panel müzakirəsi zamanı deyib.
Paşinyan qeyd edib ki, Ermənistan Azərbaycana İranla eyni şərtlərlə keçidi təmin etmək istəyir: "Yollar Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına xələl gətirmədən işləməlidir.
Üstəlik, biz prosedurların müəyyən sadələşdirilməsini də istisna etmirik və bunu ikitərəflilik məntiqində dərk edirik.
Bizim sosial şəbəkələrdə deyirlər ki, o yol açılsa, xəyanət olar. Yəni deməliyik ki, biz Azərbaycandan Naxçıvana öz ərazimizlə getməyə icazə vermirik? Bu hansı məntiqdir, bunu deməyə nə ehtiyac var? Əksinə, biz səmimi və şəffaf şəkildə deyirik ki, biz o yolu təmin etməyə hazırıq. Təbii ki, biz onların İrandan keçməsinin əleyhinə deyilik, bu, İranla Azərbaycan arasındakı münasibətlərin problemidir, lakin bir daha təsdiqləyirik ki, biz də eyni şərtlərlə yolu təmin etməyə hazırıq".
(unikal)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












