Naxçıvana maneəsiz gediş-gəliş təmin edilməlidir - ƏHD Partiyası

Bu gün Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın İdarə Heyəti iclasda öncə Ermənistanda yaranmış ictimai-siyasi vəziyyəti və onun sülh prosesinə təsiri barədə müzakirə aparıb.
Avtosfer.az xəbər verir ki, ƏHD Partiyası İdarə Heyətinin məsələ ilə bağlı açıqlamasında deyilir:
“Terror təşkilatı kimi tanınmalı olan, etnik düşmənçiliyi təbliğ edən erməni Qriqoryan kilsəsinin və millətçi revanşistlərin Ermənistanda dövlət çevrilişi edəcəyi halda Azərbaycan hökuməti onların hakimiyyətdə möhkəmlənib yeni müharibəyə başlamasını gözləmədən Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməli, 1921-ci il Qars müqaviləsinə zidd olaraq Türkiyənin mövqeyi öyrənilmədən Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən 1929-31-ci illərdə qanunsuz olaraq Naxçıvanın Ermənistana verilmiş yaşayış məntəqələri üzərində, Naxçıvanın ümumi ərəazisinin 15 %-ni təşkil edən 657 kv.km ərazisində dövlət suverenliyini bərpa etməli, anklavlara quru yolunu açmalıdır”.
ƏHD Partiyası İdarə Heyətinin iclasında milli-mənəvi dəyərlər və onu təhdid edən bir sıra məsələləri də müzakirə edib. İdarə Heyəti hesab edir ki, Avroviziya mahnı müsabiqəsi son illər musiqi və yaxşı ifa müsabiqəsindən daha çox cinsi azlıqların təbliği arenasına çevrilib. Bu müsabiqə iqtidarın elan etdiyi milli-mənəvi dəyərlər sisteminə ziddir və həmin dəyərlər sistemini dağıtmağa hesablanıb. Azərbaycanın bir müsəlman ölkəsi olması və milli-mənəvi dəyərlərimiz baxımından İctimai Televiziyanın bu yarışda bundan sonra iştirakı və həmin “müsabiqə”nin yayımlanması məqbul sayılmamalıdır. Mədəniyyətimizin inkişafına xidmət edən mahnı müsabiqələri ölkəmizin daxilində təşkil olunmalı, musiqimiz mənəvi və ailə dəyərlərimizə zidd olmayan beynəlxaq festivallarda təbliğ olunmalıdır.
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI
Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI










