Naxçıvanda Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir - VİDEO

Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir.
Təlimin ssenarisinə əsasən bölmələr praktiki fəaliyyətləri yerinə yetirirlər.
Bölmələrin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq üçün komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə qoşunlar fasiləsiz idarə olunur, birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun fəaliyyət göstərirlər.
Komandirlər tərəfindən ərazi qiymətləndirilir, düşmən mövqelərinə gizli yaxınlaşma istiqamətləri seçilir, hərəkət marşrutları öyrənilir, şəxsi heyətin fəaliyyəti müxtəlif üsullarla məşq etdirilir.
Xüsusi həmlə qrupları tərəfindən düşmən mövqelərinə yaxınlaşma, düşmənin optik cihazlarından və sərrast atəşindən yayınma fəaliyyətləri icra edilir.
Döyüş təyyarələri, hərbi daşıma və zərbə helikopterlərinin cəlb edildiyi təlimdə çətin pilotoji manevrlərlə təlim-məşq uçuşları keçirilir.///Apa
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












