Naxçıvanda il ərzində 35-dən çox kibercinayətkarlıq faktının üstü açılıb

Naxçıvanda il ərzində 35-dən çox kibercinayətkarlıq faktının üstü açılıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, vətəndaşlara qarşı törədilmiş kibercinayətkarlıq hallarının qarşısını almaq üçün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən bir sıra mübarizə tədbirləri həyata keçirilir.
Daxili İşlər Nazirliyinin əməkdaşı, polis polkovniki Qasım Həsənov jurnalistlərə müsahibəsində bildirib ki, muxtar respublikada il ərzində, ümumilikdə, nazirliyin Cinayət Axtarış İdarəsinin Kibercinayətkarlıqla mübarizə bölməsinin əməkdaşları tərəfindən 35-dən çox kibercinayətkarlıq faktının üstü açılıb.
Q.Həsənov bildirib ki, kibercinayətkarların qurbanı olmamaq üçün, ilk növbədə, insanlar ayıq-sayıq olmalıdır.
O əlavə edib ki, praktika göstərir ki, insanların kibercinayətkarların qurbanına çevrilməsi özlərinin məsuliyyətsizliyi nəticəsində baş verir:
"Belə ki, hər şəxs öz kart məlumatlarını və digər şəxsi məlumatlarını tanımadığı şəxslərlə paylaşmamalıdır. Əlavə olaraq yüksək qazanc vəd edən elanlara və iş təkliflərinə inanmamalıdırlar. Bank adı ilə vətəndaşlara zəng edən kibercinayətkarlara heç vaxt öz bank və kart məlumatlarını, eləcə də kartın 3DS kodunu təqdim etməməyi də tövsiyə edirik".
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












