Naxçıvanda müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Naxçıvan şəhəri üzrə 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 nömrəli şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır.
Avtosfer.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.
Sənədlər 3 fevral saat 17:00-a qədər AYNA-da (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən 1 nömrəli (Əliabad qəsəbəsi – Yeni Naxçıvan yaşayış massivi), 2 nömrəli (Tumbul kəndi - Əyləncə adası), 3 nömrəli (Olimpiya İdman Kompleksi) və 4 nömrəli ("Araz" İstehsalat Birliyi - Əliabad qəsəbəsi) şəhərdaxili avtobus marşrutları üzrə 4 lotda fevralın 17-də; 5 nömrəli (Elektrik yarımstansiyası - Xalçaçılıq fabriki), 6 nömrəli (Babək şəhəri - Zəfər parkı), 7 nömrəli (Qaraçuq kəndi - "Cahan" ticarət mərkəzi), 8 nömrəli (Xəlilli kəndi - "Cahan" ticarət mərkəzi) və 9 nömrəli (Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Xidməti - Yeni Naxçıvan yaşayış massivi) şəhərdaxili avtobus marşrutları üzrə 5 lotda fevralın 20-də baxılacaq.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












