Naxçıvanda Təcili Tibbi Yardım Xidməti üçün 52 avtomobil alınacaq

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, Dövlət Proqramına uyğun olaraq Təcili Tibbi Yardım Xidmətinin maddi-texniki bazası gücləndirilir. Belə ki, əhaliyə daha keyfiyyətli təcili və təxirəsalınmaz tibbi xidmət göstərmək üçün 52 ədəd təcili tibbi yardım avtomobilinin (sadə differensiallı təcili tibbi yardım avtomobilləri, perinatal küvezlə təchiz olunmuş təcili tibbi yardım avtomobilləri, xüsusi yolsuzluq ərazi üçün təcili tibbi yardım avtomobilləri) alınması üçün müvafiq işlər həyata keçirilir. Təcili tibbi yardım avtomobillərinin alınması, köhnə avtomobillərin daxili təchizatının yaxşılaşdırılması, 26 geolokasiyada yerləşən təcili tibbi yardım şöbələrinin təchizatının gücləndirilməsi üçün aparılan satınalma prosesləri davam etdirilir.
(azətac)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












