Naxçıvanda “TikTok”da xanımlardan pul tələb edən şəxs saxlanılıb - VİDEO
Xəbərlər
24 Fevral 2024 13:27

Naxçıvan polisi sosial şəbəkədə başqasının adına saxta profillər açaraq onu bağlamaq üçün hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bir neçə xanım “TikTok” sosial şəbəkəsində naməlum şəxsin onların adına saxta profil açdığını, fotoşəkillərini paylaşdığını və onları təhqir etdiyini, habelə həmin profili bağlamaq üçün müəyyən məbləğdə pul vəsaiti tələb etdiyini bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Babək rayon Güznüd kənd sakini Abbas Qurbanov qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Hazırda Naxçıvan Şəhər Polis İdarəsində araşdırma davam etdirilir.
Oxunub : 1206
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
11 Noyabr 2026 22:45
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
11 Noyabr 2026 19:57
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
ŞƏRH YAZ












