Nazir müavini: “Marşrutların yarıya qədər azaldılması planlaşdırılır”

“Bakıda 22 avtobus zolağı var. Lakin hamısının təkmilləşməsinə ehtiyac var”.
Avtosfer.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən Azərbaycanda Mobilliyin Transformasiyası Proqramının təqdimatında çıxışı zamanı deyib.
O bildirib ki, bu gün Bakıda 180-ə yaxın marşrutu xətti var:
“Bütün bunlar təhlil edilib. Təhlillərin nəticəsi göstərir ki, onların yarısı yenilənməlidir. Bu, sərnişinlərə çətinlik yaratmayacaq. Sadəcə əhalinin rahatlığı üçün marşrut xətlərinin təkmilləşməsi və marşrutların yarıya qədər azaldılması planlaşdırılır.
Avtobuslarla bağlı məsələdə maliyyələşmə mexanizminin qurulması planlaşdırılır.
Məqsəd əhaliyə yüksək səviyyədə xidmət göstərməkdir. Biz operatorların da xidmətini başa düşürük. Müasir avtobuslar və onların qiymətləri barədə də müzakirələr gedir. Burada da ən qabaqcıl praktikalardan istifadə edilir. Yəqin ki, növbəti ildən müasir növ avtobusların gətirilməsi həyata keçirilə bilər”, - deyə nazir müavini qeyd edib.
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi












