Nazir müavini son illərdə tibbi tullantıların artmasının səbəbini açıqlayıb

"Tibbi tullantıların son illərdə aktuallaşması COVID-19 pandemiyası ilə bağlı olub".
Avtosfer.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Milli Məclisdə "Tibbi tullantıların idarə olunması" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, tibbin sürətli inkişafı, texnoloji inkişaf, insanların tibbi xidmətlərə əlçatanlığının artması müvafiq olaraq tibbi tullantıların artmasına da gətirib çıxarır: "Dünya təcrübəsində tibbi tullantıların idarə edilməsinə yanaşma müxtəlifdir. İnkişaf etmiş ölkələrdə tibbi tullantıların idarə edilməsi qənaətbəxş, kasıb ölkələrdə isə qeyri-qənaətbəxşdir. Bizim ölkəmizdə tibbi tullantıların idarə edilməsinin hüquqi bazası mövcuddur. Bunlardan əsası Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydalardır. Eyni zamanda, onu qeyd etmək lazımdır ki, ölkəmizdə tibbi tullantıların idarə olunması həmin bu qaydalarla tənzimlənir və bu tələblərə görə tullantıların idarə edilməsi iki əsas mərhələyə bölünə bilər. Müəssisədaxili və müəssisədənkənar mərhələ, birinciyə tullantıların toplanması və çeşidlənməsi, ikinciyə isə daşınma və utilizasiya daxildir. Tullantıların daşınması və utilizasiyası fərqli məsrəf tələb edir. Məsrəf çox olmasın deyə tullantılar ümumi olaraq deyil, çeşidlənmiş şəkildə utilizasiya olunur".
Nazir müavini qeyd edib ki, tibbi tullantıların daşınması ilə yalnız müvafiq lisenziyası olan şirkətlər məşğul ola bilər: “Bunun üçün ayrılan nəqliyyat vasitələri başqa məqsədlər üçün istifadə edilməməlidir”.
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi












