Nazir müavini: "Xəzərin şərq sahillərindəki limanlarda dib dərinləşmə işləri sürətləndirilməlidir"

Xəzərin şərq sahillərində yerləşən limanlarda dib dərinləşmə işlərinin sürətlənməsinə ehtiyac var.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.
"Bu, problemli sahələrdən biridir, çünki bizim gəmilər o istiqamətdə hərəkət edəndə orada 60-70 %-ədək yükləmə imkanları olur. Bu da daşımalar üzrə qiymətlərin daha da optimallaşmasına imkan yaradır", - nazir müavini bildirib.
Onun sözlərinə görə, bu gün Xəzər keçidlərində Azərbaycan qədər üzərinə yük götürən ikinci ölkə yoxdur: "Burada olan problemi yalnız Azərbaycanın investisiyaları hesabına icra olunması kifayət qədər mürəkkəbdir. Biz bu istiqamətdə bütün ölkələrlə əməkdaşlıq edirik".
R. Hümmətov qeyd edib ki, rəqəmsal nəqliyyat-loqistika informasiya sisteminin konseptual layihəsi hazırlanıb: "Bu kifayət qədər böyük platformadır. Azərbaycan üzərindən bütün yük axınlarının - sənədləşmə, lisenziya və icazələrin alınması, nəqliyyat növlərinin seçilməsi ilə bağlı müqavilələrin imzalanmasına qədər bütün proseslərin tam rəqəmsallaşması planlaşdırılır".
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi












