Nazir müavininin xanımı vəzifəsindən ÇIXARILDI

Növbədənkənar parlament seçkisində 48 saylı Abşeron birinci seçki dairəsindən YAP-ın namizədi olaraq qalib gələn Nigar Məmmədovanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan "DOST" İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindəki vəzifəsinə xitam verilib.
Bunu modern.az-ın sorğusuna cavabında "DOST" İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili departamentinin müdiri Elvin İbrahimov təsdiqləyib.
"Qanunvericiliyə uyğun olaraq, Milli Məclisə növbədənkənar seçkinin nəticəsi Konstitusiya Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra mövcud səlahiyyətlərin icrasına xitam verilir və deputatlıq fəaliyyəti həyata keçirilir. Məlumat üçün bildiririk ki, sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkidə deputat seçilməsi ilə əlaqədar olaraq, Nigar Məmmədovanın "DOST" İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru kimi vəzifəsinin icrasına xitam verilib", - o deyib.
N.Məmmədova 2023-cü ilin 1 sentyabr tarixindən "DOST" İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində çalışırdı.
O, parlamentə ilk dəfə seçilən deputatlardandır.
N.Məmmədova xarici işlər nazirinin müavini Elnur Məmmədovun xanımıdır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












