Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızı işdən çıxarılıb.
Avtosfer.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Zemfira Əsədova öz ərizəsi 175 nömrəli körpələr evi-uşaq bağçasının müdiri vəzifəsindən azad edilib.
Bir müddət əvvəl Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən sözügedən bağçada yoxlamalar aparılıb və bəzi pozuntular aşkarlanıb. Zemfira Əsədova yoxlamalardan sonra öz ərizəsi ilə vəzifəsindən gedib.
175 nömrəli körpələr evi-uşaq bağçasına hələlik müdir təyin edilməyib.
Qeyd edək ki, Zemfira Əsədova sözügedən bağçada 20 ildən çox müdir olub. Hətta 2017-ci ildə 175 nömrəli körpələr evi-uşaq bağçasının ("Şənlik” uşaq bağçası) 30 illiyinə həsr edilmiş təmtaraqlı tədbir də keçirib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












