Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiya edilən informasiya sistemlərindən (ehtiyatlarından) əldə olunan məlumatların dairəsini müəyyən edib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Maliyyə Monitorinqi Xidmətinin "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar lazımi məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ölkə Prezidentinin 2018-ci il 12 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"na uyğun olaraq əldə edilir.
Qərarın icrasının təmin edilməsi ilə əlaqədar xərclər Maliyyə Monitorinqi Xidmətinin büdcəsi hesabına maliyyələşdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












