Nazirlər Kabinetindən YENİ QƏRAR: İki aylıq müavinət KİMLƏRƏ VERİLƏCƏK?

Nazirlər Kabinetinin qərarı ilə hərbi qulluqçular və ədliyyə orqanlarında çalışan şəxslərin işdən çıxarılarkən alacaqları birdəfəlik müavinətlərin yeni hesablanma mexanizmi müəyyən edilib. Yeni qaydalar müavinətin neçə aylıq olacağını və hansı maaşlar əsasında hesablanacağını dəqiqləşdirir.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramovun sözlərinə görə, əvvəlki dövrdə bu sahədə müxtəlif hallarda qeyri-müəyyənlik yaranırdı.
Qərara əsasən, xidmətdə son yaş həddinə çatdığı üçün işdən azad edilən şəxslərə daha yüksək məbləğdə birdəfəlik müavinət ödəniləcək. Bu müavinət son vəzifə və rütbə maaşları əsasında hesablanacaq. Beləliklə, şəxsin xidməti başa çatdıqdan sonra sosial təminatı konkret mexanizm əsasında həyata keçiriləcək.
Yeni qaydalara görə, hərbi xidmətdən məhkəmə qərarı istisna olmaqla, başqa əsaslarla azad edilən şəxslərə iki aylıq vəzifə və rütbə maaşı həcmində müavinət ödəniləcək.
Əgər şəxs xidmətdə olmanın son yaş həddinə çatdığı üçün işdən çıxarılırsa, bu halda beş aylıq birdəfəlik müavinət nəzərdə tutulur. Yaş həddinə çatmadan xidmətdən azad edilənlər isə iki aylıq müavinətlə təmin olunacaqlar.
Yeni qaydalar müavinətlərin verilməsi ilə bağlı bütün əsas halları sistemləşdirir və hüquqi boşluqları aradan qaldırır. Bu isə gələcəkdə oxşar məsələlərlə bağlı mübahisələrin qarşısını almağa imkan verəcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi bu qaydalar daxili işlər orqanlarının əməkdaşlarına şamil edilmir. Daxili işlər sistemində çalışan şəxslərin sosial təminatı mövcud xüsusi qanunvericilik əsasında tənzimlənir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












