Nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib

Parisin nəqliyyat həmkarlar ittifaqları sağçı Milli Birlik partiyasının parlament seçkilərində qalib gələcəyi təqdirdə tətillə hədələyib. Avtosfer.az “Azərtac” istinadla xəbər verir ki, Marin Le Penin partiyası parlament seçkilərin ikinci turunda deputat yerlərinin mütləq əksəriyyətini qazanarsa, “Solidaires” həmkarlar ittifaqı Parisin nəqliyyat işçilərini tətil və nümayişlərə çağırıb. “Solidaires” hesab edir ki, Le Penin partiyası “fəhlələrin düşmənidir” və dövləti parçalayır. Bundan əvvəl Ümumi Əmək Konfederasiyası həmkarlar ittifaqı (CGT) “Solidaires” ilə birlikdə “sağlara qarşı vahid cəbhə” yaratmağa və “təcili sosial ədalət tədbirləri” tətbiq etməyə çağırmışdı. CGT solçu partiyaların koalisiyasına, “Yeni Xalq Cəbhəsi”nə dəstəyini açıq şəkildə ifadə edir. İyunun 9-da Fransada Avropa Parlamentinə keçirilən seçkilərdə Milli Birlik partiyası 31,36 faiz səs toplayaraq prezident Emmanuel Makronun tərəfdarlarının koalisiyasını iki dəfədən çox qabaqlayıb. Bundan sonra Makron Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanın buraxıldığını və iki mərhələdə - iyunun 30-da və iyulun 7-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bəyan edib. Sorğulara görə, fransızların 37 faizi Milli Birlik partiyasına səs verməyə hazırdır, prezident koalisiyası isə 20 faizdən də az səs toplaya bilər.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












