Nəqliyyat müfəttişləri sürücünün sənədini girov götürdü - ŞİKYAƏT

Gəncə şəhərində məskunlaşmış Kəlbəcər rayonundan məcburi köçkün Mikayılov Elnur Rafiq oğlu nəqliyyat müfəttişlərinin qanunsuz hərəkətləi barədə Avtosfer.az saytına müraciət edib. O bildirib ki, 01 oktyabr 2015-ci il tarixdə gecə saat 01:15 radələrində özünün “Ford” markalı, 20 CV 310 dövlət nömrə nişanlı avtomobili ilə Baki istiqamətində getdiyi zaman özlərini Nəqliyyat Departamentin işciləri kimi təqdim edən 3 nəfər onu saxladaraq sənədləri istəyiblər: «Sənədlərə baxdıqdan sonra avtomobilə baxış keçirmədən və heç bir səbəb göstərmədən avtomobilimin texniki pasportunu alaraq məndən 180 manat pul tələb etdilər. Mən pulu verməyə etiraz etdiyim ücün avtomobilimin texniki pasportunu özləri ilə götürüb getdilər. Bir neçə saatdan sonra 055 334 74 84 nömrəli telefonla mənə zəng edərək,180 manatı verməyincə sənədi qaytarmayacaqlarını bildirdilər.
Bir necə gündən sonra mənə zəng etdikləri nömrəyə zəng edib harada oturduqlarını soruşduqda Şirvan şəhərində olduqlarini və pulu gözlədiklərini bildirdilər. Xatırladım ki, məni saxladıqları zaman onlar 90 AK 453 nömrə nişanli maşınla hərəkət edirdilər.
Mən 8 nəfərlik ailəmi həmin yük avtomobili ilə işləyib dolandırıram. Avtomobilimin texniki pasportu qanunsuz götürülüb aparıldığı üçün o gündən bəri maşından istifadə edə bilmirəm. Onların tələb etdikləri 180 manatı da ödəmək imkanım yoxdur. Və bu tələbin qanunsuz olduğu da bəllidir. Həmçinin, üzərindən xeyli vaxt keçdiyindən sənədin itib-batmasından narahatam».
Qeyd edək ki, Elnur Mikayılov avtomobilin texniki pasportunun qaytarılması ilə bağlı bir sıra dövlət qurumlarına da müraciət edib. Lakin bu günə qədər heç bir nəticə yoxdur.
Emin
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












