Nəqliyyat Nazirliyi bəzi marşrut xətlərinin istiqamətlərində dəyişikliklər edib – SİYAHI

“Bakı-2015” birinci Avropa Oyunları zamanı göstərilən nəqliyyat xidmətinin yaxşılaşması, yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə Nəqliyyat Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut xətlərinin istiqamətlərində dəyişikliklər edib. İyunun 12-də Avropa Oyunlarının açılış mərasimi ilə bağlı avtobus marşrutlarının xətlərində aşağıdakı dəyişikliklər edilib:
Zabrat-Maştağa istiqamətindən
• 107, 131, 172,173 və 189 nömrəli marşrut xətləri E.Mehdiyev-Bakıxanov qəsəbəsi Əfəndiyev küçəsi-“Neftçilər” metro stansiyası-Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsindən təşkil olunub.
• 139, 148, 163, 166, 198, 204, 216 və 217 nömrəli marşrut xətləri E.Mehdiyev-Bakıxanov qəsəbəsi-Əfəndiyev küçəsi-Şərifli küçəsi-Mirzəyev-Q.Qarayev prospekti (1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunub.
• 62, 40 və 105 saylı marşrut xətləri Sabunçu stansiyası-Əsədullayev küçəsi-Bakıxanov qəsəbəsi-Mehmandarov küçəsi-Sülh küçəsi-“Neftçilər” metro stansiyası və sonra mövcud xətt üzrə hərəkət edir.
• 55 saylı marşrutun xətti Sabunçu stansiyası-Əsədullayev küçəsi-Bakıxanov qəsəbəsi-Mehmandarov küçəsi və sonra mövcud xətt üzrə hərəkət edir.
• 93 saylı marşrutun xətti müvəqqəti dayandırılıb.
Mərdəkan-Buzovna-Qala-Bülbülə qəsəbələri istiqamətindən
• 100, 101, 136, 141, 150, 160, 171 və 187 saylı marşrut xətləri Mərdəkan şosesi- H. Əliyev prospekti - Zığ beton yolu – Gəncə prospekti- “H.Aslanov” metro stansiyasına qədər təşkil olunub.
• 116 saylı marşrutun xətti Heydər Əliyev Hava Limanı və Zığ beton yolu-Nobel prospekti-A.Cəlilov-K.Səfərəliyeva-28 May küçəsi (S.Vurğun bağının yanı) son dayanacaq.
• 184 saylı marşrut xətti Bülbülə qəsəbəsi-Bakıxanov qəsəbəsi-Əfəndiyev küçəsi-Şərifli küçəsi-Mirzəyev-Q.Qarayev prospekti (1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunub.
• 214-Bakıxanov qəsəbəsi-Əfəndiyev küçəsi-Qəmbərov-“Neftçilər” metro stansiyası-8 kilometr bazarına qədər təşkil olunub.
Ziya Bünyadov prospekti istiqamətindən
• 11 və 36 nömrəli marşrut xətləri-Q.Qarayev prospekti-O.Vəliyev-M.Abbasov-A.Manafov-Q.Qarayev prospekti-sonra mövcud xətt üzrə.
• 82 saylı marşrutun xətti müvəqqəti dayandırılıb.
• 207 saylı marşrutun xətti Binə Ticarət Mərkəzi-Dairəvi yol-Moskva prospekti-A.Mustafayev-Z.Bünyadov-Atatürk prospektinə qədər təşkil olunub.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












