Nəqliyyat qoçuları daha bir sürücünü döydülər – VİDEO

Dekabrın 19-da metronun «20 Yanvar» stansiyası yaxınlığında Nəqliyyat Nazirliyinin 2 mülki geyimli işçisi daha bir sürücünü amansızcasına döyüblər. Sürücü Məmmədov Anar Elxan oğlu qaynar.info-ya hadisənin necə baş verdiyini danışıb. Onun sözlərinə görə, axşam olduğundan şəxsi maşınında yaxın bir qohumunu gözləyirmiş: "Bu an iki mülki geyimli şəxs maşınıma yaxınlaşaraq sənədləri istədilər. Mən onlara kim olduqlarını və niyə sənəd verməli olduğumu soruşdum. Maşının böyründə olan digər şəxs qapını açaraq içəri girdi və mənə hədə-qorxu gəlməyə başladılar. Amma mən sənədlərimi verməkdən imtina etdim. Həmin an üstümə hücum etdilər. Biri mənim qolumu burub, yerə yıxdı, digəri isə maşından sənədləri götürüb qaçdı. Mən başa düşə bilmirəm, bunun adı nədir? Axı hansı qanunda belə bir şey yazılıb. Bu Nəqliyyat Nazirliyi niyə ölkədə qarşudurma yaratmaq istəyir? Bunlara «dur» deyən tapılmayacaq? Mən taksi sürücüsü deyiləm ki, kimsə məndən sənəd istəsin. Hətta taksi sürücüsü olsam belə, mülki geyimdə kiminsə sənədi götürüb bu cür qaçması qanunsuzluqdur».
Sürücü onu da dedi ki, polisə müraciət edib. Ona hücum edən şəxslər cəzalandırılmayana kimi bu işdən əl çəkməyəcək.
Ətrafda olan insanlar da hadisəni bu cür baş verdiyini təsdiq etdilər.
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












