Nəqliyyat qoçuları ilə daha bir dava – FOTOLAR

Dekabrın 23-də saat 12:30 radələrində Ələt-Astara magistral yolunun Salyan rayon ərazisindən keçən hissəsində nəqliyyat müfəttişləri ilə sürücülər arasında əlbəyaxa dava baş verib. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, Nəqliyyat Departamentinin əməkdaşları yolla hərəkət edən 90 BC 834 nömrə nişanlı “Qazel” markalı maşını saxlayıblar. Nəqliyyatçılar həmin maşının sürücüsünə - Cəlilabad rayonu, Alar kənd sakini Əliyar Hüseynova güc tətbiq ediblər. Onu maşından zorla düşürərək fiziki təzyiqlərə məruz qoyublar. Nəticədə sürücünün paltarları cırılıb. Yoldan keçən digər sürücülər isə bununla bağlı müfəttişlərə irad bildiriblər. Mübahisə getdikcə qızışıb. Nəqliyyat müfəttişləri digər sürücülərə qarşı da kobudluq etməyə başlayanda tərəflər arasında əlbəyaxa dava düşüb. İnsidentə polis müdaxilə edib. Yalnız Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının səyləri ilə davanın qarşısı alınıb. İnsident iştirakçıları polis şöbəsinə aparılıb. Dava nəticəsində Ələt-Astara yolu bağlanıb, yolun 51-ci kilometrliyində nəqliyyatın hərəkəti müəyyən müddətə məhdudlaşıb.
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI



















