Nəqliyyat qoçularından ŞOK əməl – Maşını qaçırdılar - FOTO

Nəqliyyat Departamenti işçilərinin qanunsuz hərəkəti ilə bağlı növbəti fakt ortaya çıxıb. Avtosfer.az-ın məlumatına görə, bu haqda jurnalist Anar Bayramoğlu məlumat paylaşıb. Həmin məlumatı təqdim edirik:
“Ziya Məmmədovun "qoçuları" haqqında çox yazılıb, əməlləri haqqında çox deyilib. Yəni Nəqliyyat Departamentinin qoluzorlu, mədəni davranışdan uzaq, əksəriyyəti bir qram da olsun savada, məmur ədasına malik olmayan işçiləri haqqında bir faktı da mən yazım. Deməli, bu gün bir qohumumuz azyaşlı uşağı ilə rayondan Bakıya gəlib. Bakının "Şamaxinka" adlanan ərazisində, "baqajında" müxtəlif usta alətləri və pal-paltar olan maşınını saxlayıb. Azyaşlı uşaq maşında qalıb, atası gedib aptekə. Gəldiyində görüb ki, Nəqliyyat Departamentinin "qoçuları" avtomobili sürüb aparıblar cərimə meydançasına. Uşaq da maşının içində, qorxudan cərimə meydançasına kimi ağlamaqdan bağrı çatlayıb. Əsas da bu gətiriblər ki, sən taksi fəaliyyəti ilə məşğulsan. Qohumum başa sala bilməyib ki, 5 oturacağı olan avtomobilin, arxa oturacaqlarında rayondan gətirdiyi usta alətləri və, pal-paltar, qabaq oturacaqda isə uşaq əyləşib. Belə halda taksi fəaliyyəti necə göstərə bilərəm. Xeyri olmayıb. İndi deyirlər ki, maşını cərimə meydançasından azad etmək üçün rüsumda nəzərdə tutulmuş məbləği ödəməlisiz.
Ziya Məmmədovun bu dəstəsinin belə əməlləri birinci dəfə deyil. Bu qoçular dəfələrlə hətta qanuni taksi fəaliyyəti göstərən insanları incidiblər, ölüm həddinə çatana kimi döyüblər. Bütün qanunsuz nə varsa bunlar ediblər. Amma bir "dur!" deyən olmayıb. Nazirliyin mətbuat xidmətinin rəisi, bizim həmkarımız, bayram şəkərburası kimi ildə bir dəfə hansısa telekanala çıxan Namiq Həsənov həmişəki kimi telefonuna cavab vermir ki dərdimizi deyək. Nazirliyin şikayətlər üçün yaratdığı "Qaynar xətt" nömrələri isə ümumiyyətlə işləmir. İndi biz sadə vətəndaşlar dərdimizi kimə deyək?”
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...
Yollarda görünüş MƏHDUDLAŞACAQ - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb - FOTO - YENİLƏNİB
5 milyona görə Vasif Talıbovu günahlandırır - Bu məmurların da adı keçir
Dövlən Agentliyi MAXE qəbulu başladı - Yaş və boy bu qədər olmalıdır
Prezident yeni qanun imzaladı - Xərclər qismən geri ödəniləcək
Azərbaycanda utilizasiya olunan köhnə maşınların sayı açıqlandı
İlham Əliyev Sərəncam İMZALADI
Baş nazir xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERDİ












