Nəqliyyat qoçularının daha bir davası - YENİLƏNİB-FOTOLAR

Bakıda Nəqliyyat Nazirliyinin müfəttişləri ilə taksi sürücüsü arasında daha bir insident yaşanıb. Avtosfer.az xəbər verir ki, hadisə şahidlərinin Avtolent.az-a verdiyi məlumata görə, hadisə bu gün “Şamaxinka” adlanan ərazidə qeydə alınıb. Nəqliyyat Nazirliyinin müfəttişləri taksi sürücüsündən sənədlərini tələb ediblər. Bu zaman onların arasında mübahisə düşüb və müfəttişlər taksi sürücüsünün sürücülük vəsiqəsini əlindən alıblar. Daha sonra müfəttişlər özlərinə məxsus maşına əyləşərək ərazidən uzaqlaşmaq istəyərkən taksi sürücüsü avtomobilin qarşısına çıxıb. Müfəttişlər avtomobillə taksi sürücüsünü vuraraq hadisə yerini tərk ediblər. Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Yaralı taksi sürücüsü ərazidə olan şəxslərin köməkliyi ilə xəstəxanaya aparılıb. Yasamal rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Lakin araşdırmalar hələ başa çatmadığı üçün polisdən bu barədə əlavə açıqlama verilməyib.
***
Nəqliyyat Nazirliyi Bakıda taksi sürücüsü ilə müfəttişlər arasında baş verən növbəti insidentə münasibət bildirib. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsi Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərovun verdiyi məlumata görə, bu gün Yasamal rayonunda “Şamaxinka” adlanan ərazidən qanuni fəaliyyət göstərən taksi sürücüləri “Qaynar Xətt” ə zəng vuraraq ərazidə qanunsuz fəaliyyət göstərən taksinin olduğunu bildiriblər: “Əraziyə gələn Nəqliyyat Nazirliyinin inspektorları “AUİDİ” markalı, 10 LT 108 dövlət nömrə nişanlı həmin avtomobilin sürücüsündən müvafiq sənədləri istəyiblər. Lakin sürücü sənədləri verməkdən imtina edib. Sonra məlum olub ki, avtomobilin heç bir sənədi yoxdur. Həmin nəqliyyat vasitəsini yerləşdiyi yerdən evakuatorla götürmək mümkün olmadığından avtomobili yerləşdiyi ərazidən inspektorlar çıxarası olub. Bundan sonra avtomobili evakuatora yerləşdirərkən taksi sürücüsü və inspektoprlar arasında münaqişə yaranıb və avtomobilə xəsarət yetirilib. Hadisə yerində olan Nəqliyyat Nazirliyinin əməkdaşı Fərid Həsənov ayağından xəsarət alıb, taksi sürücüsünün isə təzyiqi qalxıb. Hər iki şəxsə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb”.
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI














