Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Anım günü qeyd olunub - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 27 sentyabr – Azərbaycan Respublikasında Anım günü ilə əlaqədar tədbir keçirilib.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, əvvəlcə nazirliyin inzibati binasında şəhidlərin xatirəsinə həsr edilmiş guşənin qarşısına əklil qoyulub və ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarını fəda etmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.
Sonra nazirlikdə Anım günü – milli qürur günümüzlə bağlı tədbir keçirilib.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev çıxışında cənab Prezident İlham Əliyevin 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım günü kimi qeyd olunmasına dair Sərəncamının şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi olduğunu söyləyib.
Bildirilib ki, bir il öncə qəhrəman ordumuz düşmənin növbəti təxribatını dəf etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücuma keçdi. Bu hücum düşmənin diz çökməsi və 30 ildir ki işğal altında saxlanılan torpaqlarımızın azad olunması ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı, Azərbaycan Ordusu Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Heç bir qələbənin asanlıqla əldə olunmadığı, torpaqlarımızın düşmən işğalından Vətən övladlarının qanları, canları bahasına azad edildiyi diqqətə çatdırılıb. Vətən müharibəsində nazirliyin və qurumlarının 210 əməkdaşının iştirak etdiyi, onlardan 6-nın şəhidlik zirvəsinə ucaldığı da qeyd olunub.
Tədbirdə, eyni zamanda cənab Prezident İlham Əliyevin şəhid ailələri ilə yanaşı, qazilərimizə göstərdiyi qayğı, onların reabilitasiyasına ayırdığı diqqət, eləcə də sosial məsələlərinin həlli istiqamətində apardığı işlər diqqətə çatdırılıb.
Sonda Vətən müharibəsinə həsr edilmiş qısa film nümayiş etdirilib.

Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!












