Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqaüd proqramını qazananlarla görüş olub - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən elan edilən təqaüd proqramını qazanan şagird və tələbələrlə görüş keçirilib.
Nazirlikdən bildirilib ki, layihə çərçivəsində keçirilən tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Fərid Əhmədov, “Microsoft Azərbaycan” şirkətinin meneceri Qaçay Mirzəyev, ölkəmizdə fəaliyyət göstərən digər texnoloji şirkətlərin, eləcə də “Whelp” və “Sumaks”ın təmsilçiləri, şagirdlər, tələbələr və onların valideynləri iştirak ediblər.
Valideyn və tələbələri təbrik edən Fərid Əhmədov təqaüd proqramı haqqında ətraflı məlumat verib. O bildirib ki, ölkədə rəqəmsal transformasiyanın təşkili və həyata keçirilməsi, innovasiya ekosisteminin formalaşdırılması NRYTN-nin qarşısında qoyulmuş əsas vəzifələrdəndir. Həmçinin yaxın dövrdə Azərbaycanı texnoloji xidmət mərkəzinə çevirmək və ölkədən ixrac edilən İKT məhsullarının ÜDM-də payını artırmaq nazirliyin əsas hədəfləri sırasına daxildir. Nazir müşaviri vurğulayıb ki, qarşıda qoyulan vəzifələrin icrası yüksək ixtisaslı kadrların bu işə cəlb olunmasını tələb edir. “Rəqəmsal transformasiya ilə əlaqədar əmək bazarı üçün yeni səriştə və bacarıqlara malik mütəxəssislərin yetişdirilməsi zərurətə çevrilib. Təqaüd proqramının bu prosesə ciddi təkan verəcəyinə ümid edirik. Elan olunduğu ilk ayda təqaüd proqramına 5000-dən yuxarı müraciət qeydə alınıb”, - deyə Fərid Əhmədov qeyd edib. Bildirib ki, layihənin birinci buraxılışı üzrə 500 nəfərə yaxın məzun olacağı gözlənilir.
“Microsoft Azərbaycan” şirkətinin meneceri Qaçay Mirzəyev isə son zamanlar ölkəmizdə innovasiya yönümlü, rəqəmsal transformasiyanı təşviq edən təşəbbüslərin özəl sektor tərəfindən təqdir olunduğunu deyib. O qeyd edib ki, informasiya texnologiyaları sahəsində püxtələşmiş, yenilikçi və sahibkar təfəkkürünə malik insanların artması Azərbaycanda innovativ məhsulların ərsəyə gəlməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Layihənin tərəfdaşlarından olan “Whelp”in təmsilçisi Cəmil Ağası çıxışında proqram çərçivəsində təşkil olunacaq tədris istiqamətlərindən danışıb. O bildirib ki, proqram çərçivəsində informasiya texnologiyalarının müvafiq istiqamətləri (bulud həlləri, bulud inzibatçılığı, böyük verilənlər, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, “UI/UX” dizayn və s.) üzrə bilik və bacarıqlar qazanmaq mümkün olacaq.
Daha sonra şagird və tələbələr, eləcə də onların valideynləri üçün təqaüd proqramı haqqında təqdimat keçirilib.
Məlumat üçün bildirək ki, “Code and More”da avtomatika, elektronika, uşaq elektronikası və bulud inzibatçılığı üzrə dərslərə start verilib. “Code Academy”, İsrail – Azərbaycan Təlim Mərkəzi, “Tech Academy” və “İKT LAB”da isə proqram üzrə tələbə qəbulu davam edir.
Qeyd edək ki, layihə çərçivəsində IT üzrə sahəvi biliklərlə yanaşı, texnoloji sahibkarlıq üçün zəruri olan, sahibkarlıq bacarıqlarının formalaşmasına töhfə verən inkubasiya və akselerasiya proqramları da təşkil ediləcək. Bu proqramların dövlət-özəl tərəfdaşlığı çərçivəsində, universitetlər və startapların cəlb edilməsi ilə həyata keçirilməsi layihənin özəlliklərindəndir.
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI














