“Nəqliyyat Təlim-Tədris Mərkəzi”nin direktoru dəyişib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Nəqliyyat Təlim-Tədris Mərkəzi” MMC-nin direktoru Damət Bağırov vəzifəsindən azad edilib.
Şirkətə rəhbərlik Qəhrəman Qələndərova həvalə olunub.
Xatırladaq ki, “Nəqliyyat Təlim-Tədris Mərkəzi” kommersiya qurumu kimi 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 114 min manatdır. Cəmiyyətin əsas məqsədi nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması üzrə tədrisin, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalar həyata keçirən sürücülərə və daşıma fəaliyyəti ilə əlaqədar məsul şəxslərə, nəqliyyat vasitələrinin təmiri və istismarı, həmçinin daşımaların təhlükəsizliyinin təmin olunması ilə bağlı işçilərə qanunvericilik və digər normativ hüquqi aktlar ilə nəzərdə tutulan xüsusi hazırlığın təşkilindən və həyata keçirilməsindən, habelə daşımaların səmərəliliyi və təhlükəsizliyi üzrə qanunvericiliyə uyğun xidmətlər göstərilməsindən ibarətdir.///report
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












