Banner

Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti

Xəbərlər 27 Noyabr 2026 19:22
Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti
WhatsApp kanalımıza abunə olun

2020-ci ildə itkin düşən, 4 il sonra isə qətlə yetirildiyi üzə çıxan 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın ölüm işi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Avtosfer.az xitab24.az-a istinadla xəbə verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs qismində hakim qarşısına 1965-ci il təvəllüdlü Şikar Nəcəfov və arvadı 43 yaşlı Ramilə Nəcəfova çıxarılıb.

CM-in 120.2.1 və 120.2.9-cu maddələri ilə təqsirləri sübuta yetirilən Ş.Nəcəfov 18 il, arvadı Ramilə Nəcəfova isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Cinayət hadisəsinə gəlincə, hadisə Ağdamın Yeni İmamqulubəyli qəsəbəsində baş verib. Şikar Nəcəfov və arvadı, qızları Nərgiz Cəfərovanın yüngül həyat tərzi keçirməsini bəhanə edərək onu öldürmək qərarına gəliblər. Cinayət hadisəsində əlbir olan ərlə arvad Nərgizi yatdığı yerdə öldürüblər. 

Yataq otağına daxil olan ata qızının üzərinə çıxaraq, onun nəfəs yollarının,  Ramilə isə Nərgizin tərpənməməsi üçün ayaqlarını tutub. Daha sonra zərərçəkmişin boyun nahiyəsinə dəmir linglə zərbələr endirilib. Nərgiz öldüyündən əmin olan ata, dəhrə və baltadan istifadə edərək qızının meyitini hissələrə bölüb.

Meyitin hissələrini fındıq ağacının altına basdıran ata, sonradan cəsədin tapılacağından ehtiyat edib. O, daha sonra meyitin hissələrini un kisəsinə yığaraq Qarabağ Su kanalının Ağcabədi rayon Qiyaməddinli kəndindən keçən hissəsinə atıb.

Nərgiz Nəcəfovanın 2020-ci ilin aprel ayının 29-da itkin düşməsi faktı üzrə araşdırma aparılıb. Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdə yatdığı zaman qisas məqsədilə ata və ögey anası tərəfindən boğularaq və bədəninin müxtəlif nahiyələrinə dəmir parçası ilə vurularaq qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Oxunub : 98
ŞƏRH YAZ
Ad

E-mail

Şərh