Nəşi tapılan hərbçimizin atası: "İki ildə oğlumun sağ olduğuna ümidliydim"

İki il əvvəl Laçında itkin düşən hərbi qulluqçular - Fərid Məmmədov və Firdovsi Abdullayevin meyitləri Kəlbəcərdən tapılıb.
Onlar yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüblər.
Nəşi tapılan hər iki hərbçimiz 2003-cü il təvəllüdlüdür.
Firdovsi Abdullayevin atası Mais Abdullayev açıqlamasında bildirib ki, oğlu cümə axşamı günü Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn ediləcək.
O, iki il ərzində oğlunun sağ olduğuna ümidli olduqlarını deyib:
"Bu iki il ərzində oğlumuzun sağ olmasına ümidliydik. Ümumiyyətlə, onun tapılıb bizə təhvil veriləcəyinə inanırdıq. Allah Prezidentimizin canını sağ eləsin! Qurumlara lazımi tapşırıqlarını verdi, nəticədə, uşağımızı tapıb bizə verdilər".
M.Abdullayev oğlunun güləşçi olmaq istədiyini bildirib:
"Mənim oğlum güləşçi idi. Medalları da var. Goranboyda da, Türkiyədə də güləşib. Daha sonra qaydasız döyüşlə məşğul olmağa başladı. Həmişə də deyirdi ki, istəyirəm güləşçi olum. Hərbi xidmətə gedəndən sonra isə zabit kimi qalmaq istəyirdi".
(modern.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












