Nəzarətimizə qayıdan ərazilərdə iki qızıl yatağı da var: Ehtiyatların qiymətləndirilməsinə başlanıldı

“Mütəxəssislərimiz bu ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirlərindən sonra nəzarətimizə qayıdan ərazilərdə mövcud mineral xammal ehtiyatlarının qiymətləndirilməsi, dəymiş ziyanın təftişi ilə bağlı işlərə başlayıblar”.
Bunu “Trend”ə açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.
Onun sözlərinə görə, qısa zamanda bu işlər başa çatdırılacaq.
“Qarabağ və ətraf ərazilərdə 167 faydalı qazıntı yatağı var. 143 faydalı qazıntı yatağı 2020-ci ildə keçirilən əks-hücum əməliyyatları nəticəsində azad edilmişdi. Sonuncu dəfə keçirilən antiterror tədbirlərindən sonra isə 23 yataq nəzarətimizə keçdi. Həmin ərazilərdə qızıl, mis, qaz-kömür, mərmər, mərmərlənmiş əhəng kimi digər spektrli yataqlar var.
Son antiterror tədbirlərindən sonra əsas lövbər yataqlardan olan “Qızılbulaq”, “Dəmirli” və “Çardaxlı” yataqları nəzarətimizə qayıdıb. Belə ki, “Qızılbulaq” tamamilə qızıl, “Dəmirli” qızıl və mis, “Çardaxlı” isə kömür yatağıdır. Bunlardan başqa da nəzarətimizə qayıdan ərazilərdə faydalı yataqlarımız var”, - deyə sədr qeyd edib.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












