Novruz Quliyevin kütləvi məzarlıqda tapılan qalıqları dəfn olundu - FOTO

Birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Novruz Mahmud oğlu Quliyevin Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzuli rayonunda torpağa tapşırılıb.
Avtosfer.az xəbər verir ki, şəhid Novruz Quliyevin nəşi Füzulidə izdihamla qarşılanıb və ailəsinin yaşadığı Füzuli ərazisindəki qəsəbəyə gətirilib.
Şəhidlə vida mərasimi olub.
Nəşin qalıqları Bala Bəhmənli kənd məzarlığına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hökumət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Novruz Mahmud oğlu Quliyev 1964-cü ildə Füzuli rayonunun Çimən kəndində doğulub. Birinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılıb. Çimən kəndində gedən döyüşlər zamanı itkin düşüb.
Novruz Quliyevin nəşinin qalıqları 2022-ci ildə Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb.
(APA)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident

























